Ruzi yalniz onun əlindədir!


Digərləri 18 Avq 2019 20:15:00 251 0

Ruzi yalniz onun əlindədir!

Allah-Taala Qurani-Kərimin "İsra" surəsinin 30-cu ayəsində buyurur:

إِنَّ رَبَّكَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاء وَيَقْدِرُ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا

"Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz bəndələrinin halından xəbərdardır, (hər şeyi) görəndir!

İmam Əli (ə) "Nəhcül-bəlağə"nin 91-ci xütbəsində buyurur: "Allah insanların ruzisini artırıb-azaltmaqla müəyyənləşdirmişdir. İstədiyini sıxıntı, istədiyini rifahla sınağa çəkər. Varlı və yoxsul şükür və səbirlə imtahana çəkilib seçilər."

Dini mətnlərə əsasən, hər bir canlının ruzisi Allah-Taalanın öhdəsindədir və insanlar sərvət vasitəsilə sınaqdan keçirilirlər. Sınaqdan keçirilirlər ki, kim ilahi nemətlərin şükrünü yerinə yetirir və kim nankordur? Kim ilahi nemətləri Allah yolunda, məhrumlar, yetimlər və yoxsullara xərcləyir və kim sərvətin çoxluğu nəticəsində qəflət və təkəbbürə düçar olur?

Yaxud da ruzinin azlığı zamanı səbirli və dözümlü olub-olmadığı bəllənsin! Bəllənsin ki, kim Allaha minnətdar və təslimdir, kimisi isə daim giley-güzar və etiraz dilini uzadaraq harama qurşanır, nankorluq edir?!

Bəzən, zehnimizdə belə bir sual dolanır: "Axı nə üçün bəziləri məhrum və yoxsuldur? Nə üçün məhrum və yoxsul təbəqə varlı təbəqənin varına, infaqına göz dikməlidir? Olmazdı ki, Allah-Taala onların ehtiyacını elə Özü təmin etsin və onlar başqalarının malına göz dikməsinlər?

"İsra" surəsinin 30-cu ayəsində bu suala cavab verilir: "Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz bəndələrinin halından xəbərdardır, (hər şeyi) görəndir!"

Bu, insanlar üçün bir sınaq və imtahandır! Yoxsa, Allah-Taala üçün hər bir şey asandır. O, insanları bu vasitə ilə, səxavətlilik və fədakarlıq ruhiyyəsi ilə tərbiyələndirmək istəyir. Buna rəğmən, ruzinin genişliyi və azlığı insanların zəhmət və təlaşından asılıdır. "Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da!" - ayəsinə gəldikdə isə, Onun istəyi hikmətinə əsaslanır və Onun hikmətinə əsasən, zəhməti çox olanın payı çox, zəhməti az olanın payı isə az olmalıdır., həm də bəzilərinin yoxsulluğu hikmətsiz deyil!

(adsgarden = window.adsgarden || []).push({});