Suyun altından tapılan dünyanın ən qiymətli dəfinələri


Digərləri 18 Avq 2019 15:45:00 246 0

Suyun altından tapılan dünyanın ən qiymətli dəfinələri

1932-ci il yanvarın 9-da Meksikanın cənubundakı Monte-Albana adlı qədim hindu yaşayış məkanının xarabalıqlarında Sapoteki xalqına məxsus olan XIII əsrin ən bahalı dəfinəsi aşkar olunmuşdu. Bəs, bəşər tarixində suyun altında ən qiymətli dəfinələr nə vaxt və harada tapılıb?

 1. Fin körfəzi

Son.az seanews.az-a istinadən bildirir ki, Fin körfəzi çox qiymətli xəzinələr daşıyan gəmilərin batdığı qəbirstanlıq hesab edilir. Onun dibində 6 mindən çox gəmi qalmaqdadır. 1953-cü ildə fin balıqçıları Turku şəhəri yaxınlığında, kiçik Borst adasının yanında batırılmış gəmilərə rast gəldilər. O vaxtlar o, arxeoloqların və tarixçilərin diqqətini elə də cəlb etməmişdi. 1961-ci ildə onun tədqiqi ilə İsveç dayverləri məşğul olurlar. Müəyyən olunur ki, bu "Müqəddəs Mixayil" qaleonudur. O, 15 oktyabr 1747-ci ildə Amsterdamdan Sankt-Peterburq sahillərinə kurs götürübmüş. Onun göyərtəsində imperator ailəsi üçün nəzərdə tutulmuş çox qiymətli yük olub. Hətta fərdi olaraq imperatriçə Yelizaveta Petrovnaya hədiyyə olaraq, oyma üsulla qızıldan hazırlanmış kabriolet gətirilirmiş. Finlandiya tərəfindən suyun dərinliyində işlərin aparılmasına icazə alınandan sonra isveç dayverləri kayutaları açdılar və ekspedisiyanın ilk iki günü ərzində qiymətli daşlarla inkrustasiya olunmuş çoxlu qızıl əşyaları və məmulatları, o cümlədən, 34 qızılla işlənmiş tütünqabı, qızıl və gümüş saat dəstləri, çini qablar və s. suyun səthinə qaldırdılar. Onların içərisində Yelizaveta üçün qızıla tutulmuş kareta da vardı.

2. Baltik dənizi

1999-cu ilin yayında Finlandiyaya məxsus axtarış ekspedisiyası Ermitaj üçün II Yekatrinanın sifarişi əsasında Hollandiyada hazırlanmış müxtəlif incəsənət əsərləri olan və 1771-ci ildə batmış "Frau Mariya" şxunasını aşkar etmişdi. Gəminin yük yerində adicə olaraq qutulara deyil, dəri penallara qablaşdırılaraq məxsusi qurğuşun qablara yerləşdirilmiş, sonra isə üstü mumla örtülmüş çoxlu şəkillər vardı. Gəmidə şəkillərdən başqa çini qablar, tunc, müxtəlif nəcib metallardan hazırlanmış məmulatlar kimi müxtəlif qiymətli əşyalar da vardı. Dəfinə tapıldıqdan sonra onun kimə-tapana yoxsa, ilkin olaraq göndərilənə məxsus olması istiqamətində məhkəmə araşdırılmalarına başlandı. Məhkəmə sərəncam hüququnu onu tapanlara verdi. Rusiya isə bu qərarla razılaşmadı. Bu dəfinə ilə bağlı işə hələ də son nöqtə qoyulmayıb.

3. Cəbəllütariq boğazı

Boğazın sularında Portuqaliyadan bir az kənarda, çox böyük dəfinə aşlarlanıb. Dəfinəni 2007-ci ildə "Odissey" adlı Amerika şirkəti batmış İspaniya hərbi freqatında tapıb. Həmin freqatın göyərtəsindən 500 min gümüş və qızıl sikkə, həmçinin xeyli zinət və bəzək əşyaları suyun səthinə qaldırılıb. Ən bahalı dəfinələrdən biri olan bu dəfinənin qiyməti 500 milyon dollar civarındə dəyərləndirilir. Məhkəmə bütün dəfinəni tarixi dəyər kimi İspaniya hökumətinə vermişdir.

 4. Atlantik okeanı

2009-cu ildə Atlantikada, Qayana (Cənubi Amerikanın şimal-şərqi hissəsində dövlət) dəyəri üç milyard dollardan çox olan inanılmaz dərəcədə böyük dəfinə aşkar edildi. İkinci Dünya Müharibəsi illərində anbarları qızıl, platin və brilyantlarla dolu olan gəmi bu yerdə sulara qərq olmuşdu. Əsas versiyaya görə bu yükün sahibləri Sovetlər İttifaqı və Böyük Britaniya olmuşlar. Dəfinəni tapmış Amerika şirkəti bu məlumatı gizli saxlamaq istəsə də, bunu etmək mümkün olmamışdır. Deyilənlərə görə, Sovet İttifaqı müttəfiqlərdən aidığı silah, ərzaq və paltarları dayarini həmin qızıl, platin və almazlarla ödəmişdir. 1942-ci ildə içərisində çox qiymətli yük olan gəmi alman sualtı qayığından atılmış torpedo ilə vurulmuş və batırılmışdır.

 5. Çili

(adsgarden = window.adsgarden || []).push({});