Heyvanlar insanlar kimi həqiqi ağrı yaşayırlarmı?


Digərləri 18 Avq 2019 15:50:00 189 0

Heyvanlar insanlar kimi həqiqi ağrı yaşayırlarmı?

Heyvani ağrı hisslərlə yox, ünsiyyətlə əlaqədardır

Əgər uşaq baxçasındakı uşaqları müşahidə etsəniz, gec ya yez onlardan birinin qaçarkən üzü üstə yerə yıxıldığını görəcəksiniz. Həmin anda çox güman sakitçilik yaranacaq. Sonra uşaq ətrafına baxaraq, anasının nəzərlərini tutacaq və var gücüylə ağlamağa başlayacaq. Uşağın ağlamağındakı bu ardıcıllıq təsadüfi deyil: bu, signaldır. Valideyn oxuduğu kitabdan başını qaldıraraq, uşağını əzizləyib könlünü almaq üçün yanına qaçacaq. Bəli, bircə kəlmə belə demədən, uşaq onun ağrısını yüngülləşdirə biləcək birinin diqqətini cəlb edə bilib.

Son.az bilge.az-a istinadən bildirir ki, ağrı nəyə görə var? İnsan həyatında o, əhəmiyyətli bir yeri tutur, amma yenə də ağrı bir bioloji funksiya kimi maraqlıdır. O, saf nosisepsiyadan (ağrıya həssaslıq) - toksik stimulu aşkarlayaraq, ondan qaçmaq prosesindən fərqlənir. Ağrı bizim şüurumuzda bu dünyada uzaq dolanmalı olduğumuz şeylərin təkcə işarəsi və yaxud göstəricisi kimi yer almır. O, həm də bizim subyektiv olaraq hiss etdiyimiz bir təcrübədir.

Bizim ağrıyla əlaqəli olan daxili hisslərimiz qavradığımız xarici sosial dünyanın bir parçasıdır. Bizim hisslərimizlə qeyri-şifahi kommunikasiya qurmaq kimi insani bacarığımız var və bunu edərkən, rahatlıq kimi nəticələrə nail olacağımızı bilirik. Amma nədənsə məsələ heyvanların düçar olduqları əziyyətlərə gələndə, elm adamları heyrətamiz dərəcədə etinasızlıq edərək, bunun cansız bir şeyə xətər dəyməsindən başqa bir şey hesab etməyiblər. Heyvanlar arasında ağrının məqsədinə bir signal vasitəsi kimi baxmaq, yalnız indi antropomorfizm sahəsində getdikcə aktuallaşır.