Genişləndirilmiş intellekt şirkətlərə 2,9 trilyon dollar qazandıracaq


Digərləri 18 Avq 2019 14:15:00 225 0

Genişləndirilmiş intellekt şirkətlərə 2,9 trilyon dollar qazandıracaq

"Gartner" analitik şirkəti şirkətlərdə genişləndirilmiş və ya təkmilləşdirilmiş süni intellektdən (augmented intelligence) istifadə üzrə proqnoz açıqlayıb. Söhbət korporativ məlumatların analizi və qərarların qəbulu üçün tətbiq edilən texnologiyalardan gedir.

Son.az ICTnews-a istinadən bildirir ki, ekspertlərin proqnozuna görə, 2030-cu ilədək genişləndirilmiş intellektin tətbiqindən kommersiya dəyəri 2,9 trilyon dollara, əmək məhsuldarlığı isə 6,2 milyard saata bərabər olacaq.

Bildirilir ki, süni intellekt texnologiyalarından istifadə bir çox adi əməliyyatların yerinə yetirilməsini avtomatlaşdırmağa imkan verir. Məsələn, müəssisə və təşkilatlar süni intellekt əsasında çat servisləri, tövsiyə platformaları, eləcə də "ağıllı" məlumat analizi sistemləri tətbiq edirlər.

"Genişləndirilmiş intellekt insanlar tərəfindən süni intellektdə istifadə edilən bütöv potensialdır. Süni intellekt texnologiyaları inkişaf etdikcə genişləndirilmiş süni intellektdə təklif edilən insan və süni intellektin birləşdirilmiş imkanları müəssisələrə daha çox fayda gətirəcək", - "Gartner" şirkətinin tədqiqatlar üzrə vitse-prezidenti Svetlana Sikular bildirib.

(adsgarden = window.adsgarden || []).push({});