Gəncədə yaşayış binasında yanğın olub


Digərləri 18 Avq 2019 13:02:13 183 0

Gəncədə yaşayış binasında yanğın olub

Gəncədə yanğın qeydə alınıb

Bakı. Gəncədə yanğın qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisındə 50 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.