Uşaqları antibiotik təhlükəsindən necə qorumalı?


Digərləri 17 Avq 2019 22:32:00 218 0

Uşaqları antibiotik təhlükəsindən necə qorumalı?

"Nə tibb bacılarının, nə də aptek satıcısının məsləhəti ilə uşaqlara antibiotik vurmaq olmaz. Bu, böyük bir bəladır".

Son.az musavat.com-a istinadən bildirir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev son vaxtlar mətbuatda antibiotikdən istifadə ilə bağlı gedən müzakirələrə fikir bildirərkən səsləndirib.

Pediatr valideynlərə səslənərək qeyd edib ki, antibiotiki ancaq həkim təyin edə bilər:

"Nə tibb bacılarının, nə də aptek satıcısının məsləhəti ilə uşaqlara antibiotik vurmaq olmaz. Xəstəlik törədiciləri müxtəlifdir. Orada viruslar,  bakteriyalar var. Virusa heç bir halda antibiotik təsir etmir. Əksinə, virus infeksiyasında antibiotik təyinatı xəstənin vəziyyətini daha da ağırlaşdırır. Bu səbəbən  yalnız həkim hansı antibiotikin vacib olduğunu deyə bilər. Antibiotik sözünün mənası "həyatın əleyhinə" deməkdir. Yəni xəstəlik törədici bakteriyanın əleyhinə olan, onu öldürən bir vasitədir. Ancaq antibiotiki yersiz təyin edəndə, o xəstənin ümumi müqavimətini daha da azaldır. Müqaviməti azalmış virus infeksiyalı xəstəyə bakterial infeksiya da qoşulur. Bakteriya tamam başqa qrupdan olan xəstəlik törədicisidir. Bakteriya varsa, artıq antibiotiksiz keçinmək olmaz. Xəstənin vəziyyəti daha da ağırlaşa bilər. Tibbin tələbinə görə, həkim müayinə etdikdən sonra, antibiotik təyin edə bilər. Ancaq tibb bacısının, aptek satıcısının bu imkanı yoxdur. Son bir neçə ayda Azərbaycanda 3 növ virus geniş yayılmışdı, uşaqlarda qızdırma halları  və sair artmışdı. Ancaq özbaşına antibiotik təyin etməklə xəstənin vəziyyətini ya daha da ağırlaşdıra bilərsiniz, ya da anafilaktik şok keçirməsinə səbəb olarsınız".

Pediatrın sözlərinə görə, allergiya vermək baxımından ən təhlükəli iynə pensilin qrupudur:

"Pensilin icad olunan ilk antibiotikdir və vaxtilə milyonlarla insanları ölümdən qurtarıb. Bu antibiotikin allergik təsiri həddindən artıq yüksəkdir. Sovet dönəmində dəri içi sınaq qoyulurdu. Əgər müəyyən müddət ərzində dəridə səpki olsa, bu antibiotik həmin şəxsə yararsız və təhlükəli hesab olunurdu. Ancaq bu sınağı dərialtı etmək olmaz, qızara, şişkinlik yarada bilər".

V.Qarayev vurğuladı ki, indi həkimlər iki qrupa bölünüb, sınaq tərəfdarları və əleyhdarları:

(adsgarden = window.adsgarden || []).push({});