5 dəqiqədə dabanları yumşaltmağın yolu


Digərləri 17 Avq 2019 22:05:00 210 0

5 dəqiqədə dabanları yumşaltmağın yolu

Ayağınızın sığışacağı ölçüdə ləyən götürün və içərisinə 1,5 litr isti su tökün.Su çox isti olsun,amma,ayağınızı yandıracaq kimi olması lazım deyil.Suya 4 xörək qaşığı perekis əlavə edib ayaqlarınızı vanna edin.Bir-neçə dəqiqədən sonra ayaqlarınızın və dabanlarınızın yumuşaldığının şahidi olacaqsınız.Hətta ayaqlarınız elə şəklə düşəcək ki,elə bil uzun müddət saunadasınız.Əgər dabanlarınız çox yumşalmayıbsa o zaman ayaqlarınızı suyun içərisində bir az da saxlayın.Ayaqlarınızı sudan çıxardığınız zaman dərinizin körpə uşaq dərisi kimi tər-təmiz olduğunun şahidi olacaqsınız.Əgər daban hissənizdə qalınlaşmış dəri toxuması hələ də qalıbsa o zaman daban süngəri ilə həmin nahiyyəni sürtüb təmizləyin.Daban hissənizin qalınlaşmış ölü toxuması yumşaldığı üçün asanlıqla təmizlənir.Təmizlədikdən sonra dabanınıza bir-neçə damcı sirkə damızdırılmış qliserin sürtün.Əgər dabanınızda illərlə yığılıb qalınlaşmış dəri varsa o zaman hər gün ayaqlarınızı bu üsulla vanna edin,amma,sirkəli qliserini həftədə bir dəfə sürün. Yuxarıda yazılanları edin və faydasını görün! Son.az

(adsgarden = window.adsgarden || []).push({});