Artıq çəkini, qəbizliyi aradan qaldıran, ürəyi, gözləri qoruyan məhsul


Digərləri 17 Avq 2019 21:15:00 272 0

Artıq çəkini, qəbizliyi aradan qaldıran, ürəyi, gözləri qoruyan məhsul

Balqabağın dünyada 700-ə qədər növü var. Azərbaycanda da balqabağın müxtəlif sortları yetişdirilir. Dünyanın əksər ölkələrində balqabaq sağlamlıq üçün ən faydalı məhsullardan sayılır. Balqabağın tumları belə, bir sıra xəstəliklərin dərmanı hesab olunur.

Bəs balqabağın əsas faydaları nələrdir?

Son.az e-tibb.az-a istinadən bildirir ki, balqabaq ən lifli qidalardan biridir. Bu səbəbdən uzun zaman tox saxlayır, ona görə də dietik məhsul sayılır. Artıq çəkidən azad olmaq istəyənlər üçün balqabaq möcüzəli qida hesab olunur.

Balqabaq vitamin deposudur. Ən çox C, K və E vitaminləri ilə çox zəngin olan bu məhsul həm də maqnezium və dəmir qaynağı hesab olunur.

Həzmlə bağlı problemi olanların balqabaq yemələri məsləhətdir.

Balqabaq dəriyə çox müsbət təsir göstərir. Dərinin cavan qalması üçün tez-tez balqabaq yemək lazımdır. Tərkibindəki C vitamini və kollagen sayəsində daha gənc görünməyə yardım edir. Dərinin bərpası və ləkəsiz dəri üçün balqabaqdan hazırlanan qarışımlardan istifadə etmək olar.

(adsgarden = window.adsgarden || []).push({});