Suriyanın hücumu nəticəsində ölənlərin sayı artır


Dünya 17 Avq 2019 20:28:00 227 0

Suriyanın hücumu nəticəsində ölənlərin sayı artır

Son iki gün ərzində Rusiyanın dəstəklədiyi hücum çərçivəsində aparılan Suriyanın şimal-qərbində üsyançıların nəzarət etdiyi ərazidə aparılan hava hücumları nəticəsində 24-dən çox mülki vətəndaş ölüb. Bu barədə şənbə günü yerli fəallar və müharibəni müşahidə edən qrup xəbər verib.

Suriya İnsan Haqları Müşahidə Qrupu şənbə bildirib ki, Deir kəndinə aparılan hava hücumu nəticəsində, çoxu uşaq olmaqla yeddi nəfər öldürülüb. Yerli fəallar və müşahidə qrupunu verdiyi məlumata görə, cümə günü Əl-Haas kəndinə hava hücumları 13 nəfərin ölümünə səbəb olub. Onlar arasında hamilə qadın və onun daha dünyaya gəlməmiş uşağı da olub. Onlar başqa yerdən qaçıb, sığınacaq axtarışında olublar.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Suriya İnsan Haqları Müşahidə Qrupunun direktoru Rami Əbdülrəhman deyib ki, belə görünür hökümətin məqsədi mülki vətəndaşları aprel ayında başlayan hərbi gərginlik nəticəsində nisbətən dağılmayan yerlərdən qaçmağa vadar etməkdir.

"Onlar insanları qaçmağa məcbur etmək üçün şəhərləri və ətraf əraziləri bombalayırlar", o deyib

ABŞ-da qərargahlanan Tibbi Yardım İttifaqı Təşkilatının təhlükəsizlik meneceri Əhməd Əl-Dbis deyib ki, bombardman heç bir hərbi mövqelərin olmadığı və mülki vətəndaşların yaşadığı ərazilərdə aparılıb.

"Onlar insanları didərgin salmaq üçün hədəf alır", o bildirib.

Dbis deyib ki, hökümət və ya Rusiya qüvvələrinin aprel ayının sonundan bəri öldürdüyü mülki vətəndaş sayı 730-dan çoxdur.

Rusiya və Suriya qüvvələrinin mülki vətəndaşları deyil, Nüsrə Cəbhəsi də daxil olmaqda digər militantları hədəf aldığını bildirir.