Qəbələdən məşhur Həmzəlli qoz halvası


Digərləri 17 Avq 2019 16:00:00 525 0

Qəbələdən məşhur Həmzəlli qoz halvası

Son.az xəbər verir ki, qəbələli halvaçı Elşən Rəşidov Sputnik Azərbaycan üçün məşhur Həmzəlli qoz halvasını bişirib. Daha ətraflı videomuzda izləyin.

Qəbələ rayonunun Həmzəlli kəndi öz halvaları ilə məşhurdur. Qozlu, küncütlü, bəhməzli... Halvalar müxtəlif növdədir, hazırlanma qaydasını isə qəbələli ustalar yadlara verməməyə çalışırlar.

Halva su və şəkərdən hazırlanan şərbətdən bişirilir. İçinə qoz və ya küncüt əlavə edilir. Son zamanlar isə bu halvanı bəhməzdən də hazırlamağa başlayıblar. Bişirmə prosesi təxminən 2-2,5 saat çəkir.

Maraqlısı odur ki, halva yalnız taxta qaşıqla qarışdırılmalıdır, belə ki, metal şirniyyatın dadını dəyişə bilər. Qaynar odun üzərində tez-tez qarışdırılır, isti ikən üzərinə qoz və ya küncüt əlavə edilir və qablaşdırılır. Soyuduqda isə qənd kimi sərtləşir.

(adsgarden = window.adsgarden || []).push({});