Bu "Ovçu"nun əlindən qurtarmaq çox çətin olacaq


Digərləri 17 Avq 2019 15:36:00 209 0

Bu "Ovçu"nun əlindən qurtarmaq çox çətin olacaq

Rusiyanın ən yeni pilotsuz uçan aparatı "Oxotnik" (Ovçu) ilk dəfə olaraq qırıcı təyyarə ilə birlikdə uçuş həyata keçirib.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, uçuşun videogörüntüləri Rusiya Müdafiə Nazirliyinin "YouTube" səhifəsində yerləşdirilib.

Kadrlarda "Oxotnik" dronunun aerodromdan qalxdığını və uçuş zamanı onu "Su-30SM" döyüş təyyarəsinin müşayiət etdiyini görmək olar.

Dronunun ilk uçuşu avqustun 7-də baş tutub.

"Oxotnik" Rusiya ordusunda zərbə funksiyaları olan ilk ağır drondur. Təyyarə "uçan qanad" sxeminə əsasən layihələndirilib. Onun istehsalında xüsusi materiallardan və örtüklərdən istifadə olunub ki, bu da təyyarəni radiolokasiya vasitələri üçün demək olar ki, görünməz edir.

Bundan başqa, dron optik-elektron, radiotexnik və digər növ kəşfiyyat aparatları ilə təchiz olunub.

(adsgarden = window.adsgarden || []).push({});