Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi


Digərləri 17 Avq 2019 03:26:19 268 0

Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir

Bakı. Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir. Trend-in məlumatına görə, dördüncü yarış günündə iki qadın güləşçimiz mübarizəyə qoşulub. Jalə Əliyeva debütdə Yaponiya təmsilçisinə müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz avqustun 16-da təsəlliverici görüşə çıxıb və kanadalı həmkarıyla da bacarmayıb. Ceyla Nağızadə isə ilk görüşdə sonuncu xal prinsipinə əsasən ukraynalı güləşçiyə məğlub olub.