"Meyvələrin kralı" yaşlanmaya qarşı qida


Digərləri 16 Avq 2019 23:25:00 261 0

"Meyvələrin kralı"  yaşlanmaya qarşı qida

Araşdırmalar "meyvələrin kralı" adlandırılan və tropik meyvə olan manqonun bir sıra faydalarını üzə çıxarıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, manqodakı antioksidant birləşmələrin orqanizmdə yoğun bağırsaq, qan, süd və prostat vəzilərinin xərçənginə qarşı müdafiə yaratdığı məlum olub. Bununla yanaşı, manqo yüksək lif, pektin və C vitamin ehtiva etməklə xüsusilə qanda aşağı sıxlıqlı lipoprotein xolesterinin səviyyəsini salmağa kömək edir.

Təmiz dəriyə sahib olmaq üçün manqonun istifadəsi məsləhət görülür. Belə ki, o, dəridəki dolmuş məsamələri təmizləyir və sızanaqları aradan qaldırır. Həmçinin həmin tropik meyvə insan orqanizminin qələvi ehtiyatını qoruyur.

Hər gün bir dilim manqo yemək A vitamininin gündəlik miqdarının 25 faizini təmin edir. Bu da yaxşı görməyə səbəb olmaqla yanaşı, gecə korluğu və gözlərin qurumasının qarşısını alır.

Manqo E vitamininin mənbəyi hesab olunur. Bununla yanaşı, tərkibindəki zəngin lif həzm prosesini tənzimləməyə, C və A vitaminin bolluğu isə immun sisteminin sağlam və güclü olmasına kömək edir.

(adsgarden = window.adsgarden || []).push({});