Stress, allergiya və xərçəng kimi xəstəliklərin qarşısını alır QIZIL SÜDÜN FAYDALARI VƏ HAZIRLANMASI


Digərləri 16 Avq 2019 21:35:00 271 0

Stress, allergiya və xərçəng kimi xəstəliklərin qarşısını alır  QIZIL SÜDÜN FAYDALARI VƏ HAZIRLANMASI

Qızılı süd içkisi görünüşünə görə verilmiş addır. Bəs faydaları nədir, evdə hazırlamaq mümükündürmü? Son.az bildirir ki, medicina.az-ın hazırladığı bu materialda bütün suallarınıza cavab tapa biləcəksiniz: 

Qızıl süd nədir?

Xam malı sarıkök və süddən ibarətdir. Rəngi sarımtıl olduğu üçün qızıl süd adı verilib. Çox faydalı olan bu içkinin tərkibində qara istiot və darçın da var.   •    Nəfəs yolu infeksiyalarının müalicəsində istifadə edilir. Boğaz ağrısını yüngülləşdirir. •    İmmun sistemini gücləndirir və allergiya ehtimalını minimuma salır. •    Bu qarışığın içinə bir az Hindistan qozu, yağı əlavə etsəniz möcüzəvi təsiri olacaq. Rahat yuxuya dalmağa şərait yaradır. •    Maddələr mübadiləsini sürətləndirir, həzmi yaxşılaşdırır •    Yağların yandırılmasını sürətləndirir. Eyni zamanda uzun müddət tox tutma qabiliyyətinə malikdir. Arıqlamağa kömək edir. •    Orqanizmi təmizləyir, bədəndə hüceyrələrin yenilənməsinə yardımcı olur. •    Toksiki maddələrin vücuddan atılmasına şərait yaradarkən, cildi gözəlləşdirir. •    Sızanaq yaranmasını əngəlləyir, var olanları isə sağaldır. •    Aybaşı sanclırınn ağrılarını azaldır. •    Qaraciyər yağlanmsına mane olur. •    Təbii ağrıkəsicidir.   Evdə hazırlanan qızıl süd resepti   Lazım olanlar:    •    2 stəkan süd (inək südü və yaxud hind qozu südü) •    2 çay qaşığı darçın •    2 çay qaşığı sarıkök •    1 xörək qaşığı bal •    bir çimdik qara istiot   Hazırlanma qaydası:

Südü bir qaba töküb qızdırın, aşağı xodda olan qazın üstünə bişirdkcə qarışdırın. Üzərinə darçın, sarıkök və istiot tökün, qaynayana kimi yaxşıca qarışdırın. Bir-birni qarışana kimi qaynadın. tamamilə bir-birinə qarışandan sonra qazı söndürüb, bir az gözləyin. İlıq olanda balı əlavə edib, yaxşıca qarışdırın. Soyumamış için.

(adsgarden = window.adsgarden || []).push({});