Kiyevin "Dinamo" klubunda yeni baş məşqçi


Digərləri 16 Avq 2019 20:41:36 185 0

Kiyevin "Dinamo" klubunda yeni baş məşqçi

Kiyev “Dinamo”sunun yeni baş məşqçisi müəyyənləşib.

Bakı. Kiyev “Dinamo”sunun yeni baş məşqçisi müəyyənləşib. Trend-in məlumatına görə, baş məşqçi vəzifəsinə komandanın idman direktoru Aleksey Mixayliçenkonun gətirilməsi üçün razılıq əldə edilib. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Xatırladaq ki, A.Mixayliçenko 2002-2004-cü illərdə də Kiyev “Dinamo”sunun baş məşqçisi olub. Komandanın əvvəlki başq məşqçisi Aleksandr Xatskeviç dünən vəzifəsindən uzaqlaşdırılıb.