Tramp gözünü bu adaya dikdi, cavabı gecikmədi


Dünya 16 Avq 2019 20:30:00 204 0

Tramp gözünü bu adaya dikdi, cavabı gecikmədi

ABŞ-ın "Wall Street Journal" nəşri prezident Donald Trampın dünyanın ən böyük adası - Qrenlandiyanı satın almaq istədiyini yazıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Trampın hətta bununla bağlı təlimat verdiyi də qeyd edilib.

Ağ Ev rəhbəri 81%-i buzlaqlarla örtülü bu adanı hərbi məqsədlər üçün almağı düşünür.

Trampın bu istəyindən sonra Danimarkadan cavab gecikməyib. Danimarkanın keçmiş Baş Naziri Lars Rasmussen Amerika prezidentinin bu marağının bir zarafat olduğunu düşündüyünü deyib: "Bu əslində 1 aprel zarafatına oxşayır, ancaq mövsümü deyil".

Qeyd edək ki, 2 milyon kvadrat metr ərazisi olan Qrenlandiyada 17 min əhali yaşayır. Ada 1814-cü ildən Danimarkanın tərkibinə keçib, 1979-cu ildə isə muxtar ərazi statusu alıb.