Kraliça II Yelizaveta əl çantasında nə saxlayır?


Digərləri 16 Avq 2019 19:29:00 203 0

Kraliça II Yelizaveta əl çantasında nə saxlayır?

Böyük Britaniya kraliçası II Yelizavetanın çantasında nə saxladığı və hansı məqsədlər üçün istifadə etdiyi bəlli olub.

Son.az ölkə.az-a istinadən bildirir ki,bu barədə kral ailəsinin bioqrafı Salli Bedel Smit "The Sun"a açıqlamasında deyib.

Yazıçının sözlərinə görə, kraliça çantasında hər zaman  oxumaq  üçün eynək, nanəli konfet, avtoqələm, "Clarins" dodaq pomadası və balaca güzgü gəzdirir. Hər yeməkdən sonra  o çantasından pomadanı çıxararaq dodaqlarını rəngləyir.

Bazar günləri isə Yelizaveta  kilsəyə gedərkən  orada imkansızlara vermək üçün üzərində müəyyən qədər nağd formada 5 və ya 10-luq funt sterlinqlər götürür. 

Kral ailəsinin digər eksperti Fil Damper deyib ki, kraliça  özü ilə eyni zamanda   ailə fotosunu, qəzetlərdən krassvord, gündəlik, qeyd kitabçası və yaxud da smartfon gəzdirir.

(adsgarden = window.adsgarden || []).push({});