BDU BP ilə əməkdaşlıq sazişi imzalayıb (FOTO)


Digərləri 16 Avq 2019 18:49:10 333 0

BDU BP ilə əməkdaşlıq sazişi imzalayıb (FOTO)

Bakı Dövlət Universiteti (BDU) ilə BP Eksploreyşn (Kaspian Si) Limited arasında əməkdaşlıq sazişi imzalanıb.

Bakı. Bakı Dövlət Universiteti (BDU) ilə BP Eksploreyşn (Kaspian Si) Limited arasında əməkdaşlıq sazişi imzalanıb. Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Consun imzaladığı Saziş ali təhsilə dəstək xarakteri daşıyır. Əməkdaşlıq sazişində elmi araşdırmaların və akademik fikir mübadiləsinin ictimailəşdirilməsinə dəstək olmaq üçün rəqəmsal texnologiyalara əsaslanan yeni qurumların yaradılması, rəqəmsal əsasda idarə edilməsi, təhsildə yeni standartların tətbiqi və ya mövcud standartların təkmilləşdirilməsi, elektronlaşdırma və s. kimi məsələlər nəzərdə tutulur. Rektor Elçin Babayev universitetin yeni inkişaf strategiyasından, təhsil, tədqiqat, innovasiya, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işərdən danışıb və əməkdaşlığın faydalı olacağını vurğulayıb.