Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır


Digərləri 16 Avq 2019 14:17:00 180 0

Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır

KOBİA dəstəyindən yararlananlar arasında hazırladığı əl işləri ilə ölkəmizin tarixini və mədəniyyətini təbliğ edən sənətkarlar da var.

Bakı. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyindən yararlananlar arasında sahibkarlarla yanaşı, hazırladığı əl işləri ilə ölkəmizin tarixini və mədəniyyətini təbliğ edən sənətkarlar da var. KOBİA-dan Trend-ə verilən məlumata görə, əl işlərinin tanıdılmasına və satışına, sərgilərdə iştirakına dəstək göstərilməsi üçün KOBİA-ya müraciət edən Cavid Eyyubov belə sənətkarlardandır. Ağac üzərində oymaçılıqla məşğul olan Cavid Eyyubov Agentliyin dəstəyi ilə Gədəbəydə keçirilən Milli Yaylaq Festivalı çərçivəsində öz əl işlərini təqdim edib. Cavid Eyyubov: “Milli Yaylaq Festivalında əl işlərim yerli və xarici qonaqlar tərəfindən maraqla qarşılandı. Xüsusilə də Azərbaycan abidələri və milli musiqi alətləri ilə bağlı əl işlərimə maraq böyük idi. Sərgi oymaçılıq sənətinin təbliğində, əl işləriminin tanıdılmasında faydalı oldu”.