Azərbaycanda 66 mindən artıq körpə doğulub - Oğlanların sayı yenə üstələdi


Digərləri 16 Avq 2019 11:52:00 191 0

Azərbaycanda 66 mindən artıq körpə doğulub - Oğlanların sayı yenə üstələdi

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 66687 doğulmuş körpə qeydə alınıb.

Bakı. Elçin Mehdiyev – Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 66687 doğulmuş körpə qeydə alınıb. Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,6) qalıb. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1478-i əkiz, 36-sı isə üçəm doğulanlardır.