Yay mövsümünün "timsah göz yaşları"


Digərləri 16 Avq 2019 10:30:00 55 0

Yay mövsümünün "timsah göz yaşları"

Yay fəslini həm uşaqlar, həm də böyüklər səbirsizliklə gözləyir. Lakin bu mövsümdə insanların tutulduğu xəstəliklər istirahətdən zövq almağa imkan vermir. Yayda ən çox qeydə alınan "sürpriz"lərə ishal və qusma aiddir. Nəzərə almaq lazımdır ki, insan orqanizminin, xüsusilə körpə və uşaqların bədəninin yarıdan çox hissəsini su təşkil edir. Davam edən ishal və qusma qısa müddət ərzində orqanizmi susuzlaşdırır.

Orqanizmin susuzlaşmasının əsas əlamətləri. Orqanizmdə suyun miqdarının azalması dərhal özünü xarakterik əlamətlərlə büruzə verir. Belə insanlarda, xüsusilə körpə və uşaqlarda halsızlıq yaranır, sidiyin rəngi daha tünd, qoxusu daha kəskin olur, dodaqlar və ağız quruyur, dəri turqoru azalır, ürək döyünmə ritmi və tənəffüsü dəyişir. Belə uşaqlar ağladıqda göz yaşı axmır, buna "timsah göz yaşları" deyilir. Əgər susuzluq davam edərsə, xəstələrdə letargiya - patoloji yuxululuq yarana bilər. İshal və qusma zamanı qıcolma ehtimalının yüksək olması valideynləri çox narahat edir. Bir çox insanları ishal, qusma, hərarətin yüksəlməsi zamanı qıcolma tutmalarının səbəbi maraqlandırır.

Susuzlaşma zamanı nəyə görə qıcolmalar qeydə alınır? Hər hansı səbəbdən orqanizm susuzlaşan zaman, təkcə maye deyil, eyni zamanda elektrolitlər də itirilmiş olur. Bu zaman qan dövranı pozulur, toxuma və hüceyrələrdə maddələr mübadiləsi zəifləyir, qan qatılaşır, qanın axma sürəti azalır. Qan sistemi öz funksiyasını normal yerinə yetirmək üçün toxuma və hüceyrələrdən mayeni özünə çəkir. Nəticədə, hüceyrələr susuzlaşır. Məhz buna görə yuxarıda sadalanan simptomlar meydana çıxır. İshal, qusma davam edərsə, orqanizmin turşu-qələvi mühiti də pozulur. Hüceyrələrdə yaranan tullantı maddələri xaric ola bilmir. Susuzlaşma nəticəsində sinir hüceyrələrində toplanan tullantı maddələr impuls axımını blokada edərək qıcolmaya səbəb olur.

Oxşar vəziyyət hərarətin yüksəlməsi zamanı da yaranır. Bu zaman çoxlu miqdarda maye itirilməsə də, hərarət yüksəldikcə orqanizmdən tənəffüs və tər vasitəsilə kifayət qədər maye buxarlanır. Eyni zamanda tərlə çoxlu miqdarda elektrolit itkisi, orqanizmin turşu-qələvi balansının pozulmasına, qanın qatılaşmasına səbəb olur.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar

Həftənin son iş günü Abşeron çimərliklərində cənub küləyi əsəcək like
  • 16 Avq 10:29  
Digərləri Həftənin son iş günü Abşeron çimərliklərində cənub küləyi əsəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Azərbaycanlı qadını qaçqın sığınacağında ölümcül döydülər like
  • 16 Avq 10:27  
Kriminal Azərbaycanlı qadını qaçqın sığınacağında ölümcül döydülər

Azərbaycandan olan mühacir qadın Almaniyada qaçqınlar üçün sığınacaqd

arrow Ətraflı
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib like
  • 16 Avq 10:24  
Kriminal Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib

"Dövlət Sərhəd Xidmətinin (DSX) fəaliyyəti dövründə Azərbaycan s

arrow Ətraflı
"Səni bu vəziyyətdə gözləyən sevgilin var" yazıb bikinili şəklini yaydı like
  • 16 Avq 10:22  
Digərləri "Səni bu vəziyyətdə gözləyən sevgilin var" yazıb bikinili şəklini yaydı

Türkiyənin qalmaqallı müğənnisi Ebru Polat sosial şəbəkə paylaşımı

arrow Ətraflı
Yol polisi aksiya keçirdi: like
  • 16 Avq 10:19  
Digərləri Yol polisi aksiya keçirdi:

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yerləşən ç

arrow Ətraflı
Könül Kərimova nəvəsi ilə like
  • 16 Avq 10:14  
Şou-biznes Könül Kərimova nəvəsi ilə

Əməkdar artist Könül Kərimova yeni doğulan nəvəsi ilə fotosunu izləyic

arrow Ətraflı
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək like
  • 16 Avq 10:10  
Digərləri Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəz

arrow Ətraflı
“Xan bağı”nda bir neçə irigövdəli ağac kəsiləcək like
  • 16 Avq 10:09  
Digərləri “Xan bağı”nda bir neçə irigövdəli ağac kəsiləcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkd

arrow Ətraflı
Tanınmış türk müğənnisi öldü like
  • 16 Avq 10:04  
Digərləri Tanınmış türk müğənnisi öldü

90-cı illərin məşhur müğənnisi Devran Çağlar vəfat edib.

arrow Ətraflı
Galaxy Note 10 və Note 10+ öncədən sifariş tarixi elan edildi like
  • 16 Avq 10:00  
Digərləri Galaxy Note 10 və Note 10+ öncədən sifariş tarixi elan edildi

Dünya brendi Samsungun yeni cihazlarının təqdimatı hər zaman sensasiyaya s

arrow Ətraflı
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisi like
  • 16 Avq 09:55  
Digərləri Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisi

Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə Azərbaycan sərhədçil

arrow Ətraflı
Miri Yusif ailəsi ilə like
  • 16 Avq 09:54  
Şou-biznes Miri Yusif ailəsi ilə

Əməkdar artist Miri Yusif ailəsi ilə birlikdə fotosunu paylaşıb.

arrow Ətraflı
Atəşkəs rejimi snayper tüfənglərlə 22 dəfə pozulub like
  • 16 Avq 09:51  
Digərləri Atəşkəs rejimi snayper tüfənglərlə 22 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Müğənni Ayanın qardaşının düşdüyü ağır qəzanın görüntüsü like
  • 16 Avq 09:49  
Şou-biznes Müğənni Ayanın qardaşının düşdüyü ağır qəzanın görüntüsü

Xəbər verdiyimiz kimi, müğənni Ayan Babakişiyevanın qardaşı Türkiyəd

arrow Ətraflı