İndoneziyanın paytaxtı köçürülüləcək?


Dünya 16 Avq 2019 09:29:00 231 0

İndoneziyanın paytaxtı köçürülüləcək?

İndoneziya prezidenti Joko Vidodo parlamentin qarşısında ölkənin paytaxtını Cakartadan Kalimantan adasına (Borneo) köçürülməsi ilə bağlı rəsmi təkliflə çıxış edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə J.Vidodo ölkənin müstəqilliyinin 74-ci ildönümünə həsr olunmuş nitqdə deyib.

İndoneziya prezidenti deyib: "Sizdən milli paytaxtı Kalimantan (adasına) köçürmək üçün icazə istəyərəm".

Eyni zamanda, İndoneziya lideri hansı şəhərin respublikanın paytaxtı olacağını hələki açıqlamaqdan imtina edib.