Türkiyədə zəlzələ olub


Dünya 16 Avq 2019 09:15:00 214 0

Türkiyədə zəlzələ olub

Türkiyənin Malatya vilayətində 3.1 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələ yerli vaxtla saat 03:12-də qeydə alınıb. Zəlzələnin episentri Arguvan bölgəsində yerləşib.

Yeraltı təkanların episentri 3,3 kilometr dərinlikdə yerləşib.

Hazırda dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.