Yaponiyada qasırğa azmış kimi, zəlzələ də oldu


Dünya 15 Avq 2019 22:07:00 249 0

Yaponiyada qasırğa azmış kimi, zəlzələ də oldu

Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasında Rixter cədvəli ilə 5,4 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar qonşu prefekturalarda da hiss olunub.

Zəlzələ nəticəsində xəsarət alanlar olmayıb. Zəlzələnin episentri yerin 90 kilometr dərinliyində qeydə alınıb.

Sunami təhlükəsinin olmadığı bildirilib.

Qeyd edək ki, Yaponiya eyni zamanda qasırğadan da əziyyət çəkir. Ölkənin qərbində tüğyan edən "Krosa" qasırğası nəticəsində 16 nəfər xəsarət alıb.

15 prefekturada sürüşmə və daşqınlar təhlükəsi ilə 7 minədək sakin təxliyə olunub.