Üzün tükünü ülgüclə dibindən qırxmağın hökmü nədir?


Digərləri 15 Avq 2019 21:55:00 229 0

Üzün tükünü ülgüclə dibindən qırxmağın hökmü nədir?

Cəfəri məzhəbli müctəhidlərin fətvalarına görə, üzün tükünü ülgüclə dibindən qırxmağın hökmü nədir?

Keçmiş müctəhidlərin çoxusu bunu qəti surətdə haram bilirdi. Yaxın dövrdə yaşamış mərhum mərceyi-təqlidlərdən Ayətullahül-üzmalar Birucerdi, Gülpaygani, Əraki, Behcət, diri müctəhidlərdən Ayətullahül-üzmalar Şahrudi, Mühəmməd Sadiq Ruhani, Safi Gülpargani, Seyid Sadiq Şirazi, eləcə də Ayətullahlar Gürgani və Məzahiri bunu qəti olaraq haram sayırlar.

Son.az islam.az-a istinadən bildirir ki, qalan şiə müctəhidlərinin rəyinə görə, saqqalı dibindən qırxmaq ehtiyati-vacibə görə haramdır. Bizə məlum olana əsasən, yalnız mərhum Ayətullah Fəzlullah, bu gün sağ olan Ayətullah Sanei və Sadiqi Tehrani saqqalı ülgüclə qırxmağa icazə verirlər.

(adsgarden = window.adsgarden || []).push({});