Maqnit qasırğası gözlənilir?


Digərləri 15 Avq 2019 20:30:00 221 0

Maqnit qasırğası gözlənilir?

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bakı. Samir Əli - AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb. Rəsədxanadan Trend-ə bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub, geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit qeydə alınıb. Ümumiyyətlə, avqustun 17-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1 faizdən aşağı qiymətləndirilir.