Pekinlə müharibə Vaşinqtona çox böyük ziyan vuracaq


Dünya 15 Avq 2019 19:29:00 217 0

Pekinlə müharibə Vaşinqtona çox böyük ziyan vuracaq

ABŞ-ın Çindən idxal olunan mallara yeni gömrük rüsumlarının tətbiqi Birləşmiş Ştatların öz iqtisadiyyatına mənfi təsir edəcək və onun iqtisadiyyatının artımını 0,06 bənd azalda bilər.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Çinin İctimai Elmlər Akademiyası yanında Hesab və Texniki İnstitutunun əməkdaşı Lou Fen bildirib.

"Bizim İnstitutun komandasının qiymətləndirilməsinə əsasən, Çindən idxal olunan mallara gömrük rüsumlarının 10% artırılması iqtisadiyyatın artımını 0,06 bənd azalda, istehlak qiymətlərinin indeksinin 0,16 bənd artması və sosial təminatın 8,2 milyard dollar azalması ilə nəticələnəcək", - deyə Fen bildirib.

Digər iqtisadçı - Uhan Universitetindən Quan Tao isə vurğulayıb ki, əlavə gömrük rüsumlarının tətbiqi ilk növbədə ABŞ istehsalçılarının maraqlarına, həmçinin ABŞ-ın beynəlxalq reputasiyasına təsir edəcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ildə 300 milyard dollar dəyərində Çindən idxal edilən mala 10 faiz gömrük rüsumu tətbiq etmək niyyətində olduğunu açıqlayıb.