“Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final hazırlıqlarını başa vurublar (FOTO/VİDEO)


Digərləri 15 Avq 2019 18:22:28 176 0

“Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final hazırlıqlarını başa vurublar (FOTO/VİDEO)

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində finala vəsiqə qazanan tankçılarımız son hazırlıqlarını başa vurublar.

Bakı. “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində finala vəsiqə qazanan tankçılarımız son hazırlıqlarını başa vurublar. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tank heyətləri və texniki dəstək qrupu tərəfindən final estafetində istifadə olunacaq döyüş maşınlarına baxış keçirilib. Heyətlərimiz döyüş maşınlarını yoxladıqdan sonra, tankın ştat silahlarından yoxlama atışları da icra ediblər. Püşkatmanın nəticəsinə əsasən Azərbaycan tankçıları avqustun 17-də keçiriləcək final estafetində birinci divizionda Rusiya, Belarusiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.