Türkiyədə hərbi hissəyə hücum


Dünya 15 Avq 2019 17:54:00 220 0

Türkiyədə hərbi hissəyə hücum

Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbi hissəyə hücum olub.

Son.az Trend-ə istinadən bildirir ki, hücum PKK terror təşkilatının silahlıları tərəfindən törədilib.

Hadisə nəticəsində hərbi hissədə xəsarət alan olmayıb. Qeyd olunur ki, hücumdan sonra Türkiyə qoşunları lokal əməliyyatlara başlayıb.

Əməliyyatlar nəticəsində iki terrorçu zərərsizləşdirilib.