“Qızlarını həkimə aparmırlar ki, görən olar, qız evdə qalar”


Digərləri 15 Avq 2019 16:09:00 273 0

“Qızlarını həkimə aparmırlar ki, görən olar, qız evdə qalar”

"Bizdə gənc qızları tibbi müayinədən keçirmək intihar kimi bir şeydir. Nə qədər qeyri-ciddi səslənsə də, valideynlər qızlarını həkimə aparmaqdan qorxurlar". 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri məşhur pediatr Vaqif Qarayev sosial şəbəkədə yazıb. Həkimin sözlərinə görə, heç oğlanlar da tibbi müayinəyə meyilli deyil:

"Ailələr düşünür ki, birdən görən olar, qız evdə qalar. Nəticədə bəzi ciddi xəstəliklər vaxtında aşkarlanmır. Xüsusilə də, son illərin bəlası-sonsuzluq. Ailə qurulur, tez də dağılır.

Kişi sonsuzluğu sürətlə artır. Bütün bəlaların baiskarı kimi ənənəvi olaraq qızları (gəlinləri) görürük. Ancaq səhv yanaşmadır. Oğlanlarda problemlər heç də az deyil.