ADU-da abituriyentlərin sənəd qəbulu başlayıb (FOTO)


Digərləri 15 Avq 2019 15:51:00 213 0

ADU-da abituriyentlərin sənəd qəbulu başlayıb (FOTO)

Аzərbaycan Dillər Universitetinin bаkаlаvr pilləsinin I kursunа qəbul оlmuş abituriyentlərin sənəd qəbulu başlayıb.

Bakı. Avqustun 15-də 2019/2020-ci tədris ilində Аzərbaycan Dillər Universitetinin bаkаlаvr pilləsinin I kursunа qəbul оlmuş abituriyentlərin sənəd qəbulu başlayıb. Universitetdən Trend-ə verilən məlumata görə, sənəd qəbulu komissiyasının məsul şəxsi Məmməd İsmayılov bildirib ki, sənəd qəbulu I mərhələdə avqustun 27-dək davam edəcək və əsas qəbulda iştirak edən tələbələr sənədlərini təqdim edəcəklər: “Gördüyünüz kimi, artıq müraciətlər vardır. Tələbələr gəliblər, sənədlərini qeydiyyatdan keçiririk. Hələ ki, heç bir problem yoxdur. Hər şey öz qaydasında gedir. Sənəd qəbulu qısa zaman tələb edir, sonra isə tələbələrin müqavilələrini təqdim edirik. Sənəd qəbulu prosesinə universitetin əməkdaşları və əvvəlki illərdə olduğu kimi könüllü tələbələr kömək edirlər”. 138 saylı tam orta məktəbi bitirən və ADU-nun Təhsil fakültəsinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisasına qəbul olan Rüfət Kazımov ingilis dilindən əlavə başqa bir dil öyrənməyi də düşünür. Dil öyrənməyə hədsiz marağının olması, onun müxtəlif dilləri professional səviyyədə tədris etməklə ölkə miqyasında özünəməxsus yer tutan Dillər Universitetini seçməsinə səbəb olub: “Dil tədrisi ilə məşğul olan tədris müəssisəsi kimi ADU-nun perspektivli olduğunu fikirləşirəm. Xəbəri eşidəndə çox sevindim. Amma intuitiv olaraq bilirdim ki, bu universitetə qəbul olacağam”. 299 saylı tam orta məktəbi bitirən və ADU-nun Təhsil fakültəsinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisasına 534 balla daxil olan Nəzrin Səfərəliyeva ADU-nun tələbəsi adını qazanmağın uşaqlıq xəyalı olduğunu qeyd edib: “Tələbə adını qazandığım an böyük sevinc hissi keçirdim”.