Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb


Digərləri 15 Avq 2019 13:49:00 234 0

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər (həmçinin subbakalavrlar) avqustun 15-dən 27-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.