Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı


Digərləri 15 Avq 2019 10:53:31 238 0

Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır

Bakı. Elçin Mehdiyev - Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır Trend-in məlumatına görə, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 15-dən 19-dək aparılır. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas qrupları üzrə müsabiqə şərtləri aşağıdakı kimidir: I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. “Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır. II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır: Marketinq; Biznesin idarə edilməsi; Kommersiya; Regionşünaslıq (regionlar üzrə); Turizm və otelçilik. III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. “Jurnalistika” ixtisasını yalnız III ixtisas qrupu üzrə təqdim olunan müsabiqə şərtlərini ödəyən və test imtahanından sonra təqdim olunmuş mövzu üzrə yazı işini (inşanı) müvəffəqiyyətlə yerinə yetirən abituriyentlər seçə bilərlər. IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.