Azərbaycan komandası “Dəniz kuboku2019” beynəlxalq yarışlarının qalibi olub


Digərləri 15 Avq 2019 10:09:00 307 0

Azərbaycan komandası “Dəniz kuboku2019” beynəlxalq yarışlarının qalibi olub

Azərbaycan komandası "Beynəlxalq Ordu Oyunları-2019" çərçivəsində "Dəniz kuboku-2019" beynəlxalq yarışlarının qalibi olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün "Beynəlxalq Ordu Oyunları-2019" çərçivəsində Bakıda keçirilən "Dəniz kuboku-2019" beynəlxalq yarışlarının başa çatması ilə əlaqədar mətbuat konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov deyib.

S.Bəkirov bildirib ki, "Dəniz kuboku-2019" beynəlxalq müsabiqəsi də yüksək səviyyədə keçirilib: "Bu yarışlar gərgin keçsə də sonda dostluq qalib gəldi. Təlim-məşq toplanışında biz gələcəkdə terrorizmə qarşı birgə mübarizə ilə bağlı təcrübə mübadmləsi aparmışıq. Bu yarışlarda Azərbaycan komandası 212 balla birinci, Rusiya 186 balla ikinci, Qazaxıstan 142 balla üçüncü, İran 136 balla dördüncü yeri tutub".

Rusiya Hərbi Dəniz Donanması komandasının rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Yekimov yarışların keçirilməsi üçün yaradılan mükəmməl şəraitə görə təşəkkürünü bildirib. O, bu yarışın Rusiya komandası üçün əhəmiyyətli olduğunu vurğulayaraq deyib ki, çox gərgin və maraqlı yarış keçdi: "Azərbaycan dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirdilər. Azərbaycan komandasını qələbə münasibəti ilə təbrik edirəm. Oyunlar ən yüksək səviyyədə təşkil olunub. Dəniz kuboku hər zaman qarşılıqlı anlaşma və dostluq ruhu ilə fərqlənib. Bu, əsl dostluq yarışıdır. Rusiya bu oyuna daim böyük önəm verir".

Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov da Bakıda keçirilən "Dəniz kuboku-2019" yarışına hazırlığın yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan belə mühüm yarışı üçüncü dəfədir yüksək səviyyədə təşkil edib. Azərbaycan tərəfinə bunun üçün təşəkür edirəm. Bu yarışlarda iştirakçılar peşəkarlıqlarını ortaya qoyublar. 10 gün ərzində dənizçilər öz peşəkarlıqlarını ortaya qoydular. Gərgin keçən mübarizə şəraitində Azərbaycan komandası qalib gəldi. Mən bu qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm".