Günün qoroskopu: Bədxərclik etməyin, maliyyə vəsaitinizin qədrini bilin


Digərləri 15 Avq 2019 00:01:00 50 0

Günün qoroskopu: Bədxərclik etməyin, maliyyə vəsaitinizin qədrini bilin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Bu xəbəri də oxu: Azərbaycanda

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - ətrafınızdakı insanların emosional durumu və əhvalı sizə də təsir edəcək. Sizi anlasınlar deyə, hər şeyi maksimal dərəcədə sadələşdirməyin. Qayğıkeş olun, laqeyd insan təsiri bağışlamayın. Nöqsanlarınızın tənqidi sizi ruhdan salmasın.

Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Dartışmalar, çək-çevir, münasibətlərin aydınlaşdırılması üçün yaxşı zaman deyil.

Səhhətinizi düşünün.  

Buğa - yaşamınızın kommunikativ yönlərinə xüsusi diqqət yetirin. Diplomat olun, sərt məqamlarda qarşı tərəfin maraqlarını nəzərə alın. Dialoqun yüksək səviyyədə olmasına can atın. Belədə zəruri məsələlərdə güzəştə asanlıqla nail ola bilərsiniz.

Günün ikinci yarısında mübahisələri alovlandırmayın. Bundan sonrakı hərəkət və ya fəaliyyət istiqamətinizlə bağlı tərəddüdləriniz varsa, bir qədər nəfəs dərin. Düşünün, götür-qoy edin. Yaşananların məcrasını araşdırın.

Daxili səsinizi dinləyin. İntuisiyanız sizi aldatmayacaq.

Əkizlər - var gücünüzlə çalışmağa ehtiyac yoxdur. Qarşınıza qoyduğunuz məqsədə asanlıqla çata bilərsiniz. Üstəlik, yanınızda olan insanlardan biri qayğı və işlərinizin hamısını olmasa da, əhəmiyyətli hissəsini boynuna götürməyə hazırdır.

Planlarınızı müəyyənləşdirin. Şərtlər ilk əvvəl çox mürəkkəb və ağır təsir bağışlasa da, narahat olmayın.

Optimal çözüm yolunu seçə bilərsiniz.

Günün ikinci yarısı işgüzar danışıqlar və şəxsi münasibətlər müstəvisindəki görüşlər üçün əlverişlidir.

Xərçəng - günün ilk yarısında yalnız öz qüvvənizə bel bağlamayın. Yaxın ətrafınızdakı insanlarla da tərəfdaşlığı gücləndirin. Belədə məqsədə daha tez çata bilərsiniz. Fəaliyyətinizin hansısa sahəsində problemlər yaranarsa, narahat olmayın. Yeni perspektivlər aşkarlanacaq.

Günün ikinci yarısında romantik münasibətlərə aludə olmayın. Aktiv olun. Hərəkətdə fayda var. Qarşılıqlı anlaşmanızın olduğu insanla ünsiyyətdə yeni ideyalar əxz edə bilərsiniz. Yaxın gələcəklə bağlı ümumi planları təxirə salmayın.

Axşam saatlarında normal istirahət edin.

Şir - diqqətli və sayıq olun. Yaşanan olayları həssaslıqla izləyin. Parlayan hər şey qızıl deyil. Bununla belə, unutmayın ki, kölgədə qalan hər şey diqqətinizə dəyməz. Qəflətən nəzərinizə dəyən məsələləri araşdırın.

Günün ikinci yarısında bilik və bacarıqlarınızı peşəkar fəaliyyət müstəvisində tam reallaşdırın. Qətiyyətli olun. Əzmkar insan təsiri bağışlayın.

Anlaşmalarda şərtlərlə diqqətlə tanış olun. Maliyyə və əmlak sənədlərində səhvlərə yol verməyin.

Qız - dostların yardımından, təcrübəli həmkarlarınızın məsləhətlərindən imtina etməyin. Hadisələrin axarından bixəbər qalmayın. Gərəkli informasiyanı, aradığınız məlumatı dostlardan ala bilərsiniz. İnternetin yaratdığı üstünlüklərdən istifadə edin.

Günün ikinci yarısında diqqətli, təmkinli davranın. Yeni layihənin reallaşdırılması üçün yaxşı imkanlar yaranır. Peşəkar məziyyətlərinizi gücləndirin.

Axşam saatlarında normal istirahət edin.

Tərəzi - tərəfdaşlar və şəriklərlə əlaqələri intensivləşdirin. Görülən işlə bağlı vəzifə bölgüsünü dəqiqləşdirin. Ambisiyalarınız reallığı üstələməməlidir. Borcları qaytarın, bədxahların sevinməsinə imkan verməyin.

(adsgarden = window.adsgarden || []).push({});
İki nəfər batmaqdan xilas edildi  Biri əcnəbidir like
  • 14 Avq 23:55  
Digərləri İki nəfər batmaqdan xilas edildi Biri əcnəbidir

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

arrow Ətraflı
Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub like
  • 14 Avq 23:48  
Digərləri Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub

arrow Ətraflı
Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı like
  • 14 Avq 23:45  
Digərləri Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil

arrow Ətraflı
Paytaxtda yaşayış binasında təhlükə aradan qaldırıldı like
  • 14 Avq 23:21  
Digərləri Paytaxtda yaşayış binasında təhlükə aradan qaldırıldı

Paytaxtda yaşayış binasında təhlükə aradan qaldırıldı

arrow Ətraflı
Ərəb turist Bakı bulvarında öldü like
  • 14 Avq 23:15  
Digərləri Ərəb turist Bakı bulvarında öldü

Bakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist ke

arrow Ətraflı
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək like
  • 14 Avq 23:00  
Digərləri Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

20 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dö

arrow Ətraflı