İnsanı intihara sürükləyən əlamətlər Diqqətli olun


Digərləri 14 Avq 2019 23:39:00 310 0

İnsanı intihara sürükləyən əlamətlər  Diqqətli olun

Cavanlar hər zaman intihara daha meylli olurlar. Depresiya, əqli problemlər, zorakılıq, narkotik vasitələrdən istifadə, cəmiyyətdən təcrid olunma onları intihara gətirib çıxarır.

Son.az ölkə.az-a istinadən intiharın qarşısını almağın yollarını təqdim edir. 

Bəs niyə daha çox gənclər intihar edir?

İntiharın yaş həddi getdikcə aşağı enir. Hətta son zamanlar aşağı sinif şagirdlərinin belə intihar etdiyini eşidirik.

Bir çox insan bu yaş həddini yadırğaya bilər. Ancaq statistika 15 ilə 24 yaş arasındakı gənclərin intihar nisbətinin yüksək olduğunu göstərir.

Gənclərin intiharı depresiya, şizofreniya, bipolyar pozuntu, zorakılıq, cəmiyyətdən təcrid olunma, tənhalıq, evdə və ya ətrafda  istismar edilməsi kimi sosial problemlər, mənəvi çökmə və psixi xəstəliklərlə əlaqəli olur. Aparılan araşdırmalara görə, kişilər qadınlara nisbətən daha çox intihara meyllidirlər. Qadınlar isə kişilərə nisbətən daha qeyri-sabit bir quruluşa malik olduqlarından, intihar etdikləri zaman bu fikirdən daşına bilirlər.

İntihar edən gənclərin əksəriyyətinin psixi problemləri olur. 

Stres, qorxu, rədd edilmə, uğursuzluq, ailənin tələbləri, həyəcan və xaosla mübarizə aparmaq onlar üçün olduqca çətinləşir. Bütün bunlardan sadəcə ölməklə qurtula biləcəklərini düşünərək intihar edirlər. Çarəsizlik və qorxu onları intihar həddinə çatdırır.

Hansı amillər intihar riskini artırır?

- Depresiya da daxil olmaq üzrə psixoloji xəstəliklər; - Yaxın dostlar və ya ailə üzvləri ilə mübahisə; - Fiziki və ya cinsi istismar; - Spirtli içki və ya narkotik maddə istifadəsi.

- Fiziki və ya tibbi problemlər (hamilə qalmaq və ya cinsi yolla keçən xəstəliklər); - Zorakılıq qurbanı olmaq; - Seksual qeyri-müəyyənlik; - Ailə üzvləri və ya yaxın dostlardan birinin intihar etməsi; - Duyğusal qeyri-sabitlik

İntihar etmək istəyən şəxs hansı addımları atar?

- İntihar və ya ölümlə bağlı zarafatlar etmək; - "Öləndə hərşey bitəcək", "Kaş ki sonsuza qədər yox olabilsəydim ", "Ölsəydim, insanlar məni daha çox sevərdi" kimi cümlələr qurmaq;

- Ölümlə bağlı şeirlər yazmaq və ya şəkillər çəkmək;

- Yaralanmalara səbəb olan çox sayıda qəzalar; - Dəyərli əşyalardan imtina etmək; - Son dəfə görürmüş kimi dostlara və ya ailə üzvlərinə əlvida demək; - Özünü öldürməyin yollarını araşdırmaq; - Daha əvvəl intihara cəhd etmək; -  Hər hansı bir vəziyyətlə əlaqədar birdən-birə fikir dəyişikliyi; - Daha əvvəl onları narahat edən şeylərə reaksiya verməmək; - Evdən qaçmaq; - Vecsizlik; - Münasibətlərdə problemlər; - Yuxu və yemək rejiminin dəyişməsi; - Dramatik şəxsiyyət dəyişiklikləri; - Görünüşün get-gedə pisləşməsi; - Həddən artıq içki içmək; - Dəyişkən ruh halı; - Fiziki zərərdən həzz alma    

Bəs kimlər daha çox intihara meylli olur?

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar