Böyrəkdə şiş tapılarsa, nə etməli? Müalicə yolları barədə türk professor


Digərləri 14 Avq 2019 21:08:00 234 0

Böyrəkdə şiş tapılarsa, nə etməli?  Müalicə yolları barədə türk professor

Son illərdə dünyada və eləcə də Azərbaycanda böyrək xərçənginə yoluxanların sayı artır. Araşdırmalar göstərir ki, 2012ci ildə Avropa Birliyi ölkələrində 84 min 400 şəxs böyrək xərçənginə tutulub. Türkiyə Memorial Şişli xəstəxanası cərrahi mərkəzinin uroloji mütəxəssisi Murat Binbay, böyrək şişlərinin cərrahiyyəsi ilə bağlı danışıb.

Son.az medicina.az-a istinadən xəbər verir ki, müalicə zamanı kimyaterapiyanın və işıq şüalanmasının təsirli olmadığını bildirən həkim, ilkin ərəfədə aşkar etdikdə xəstəliyin rahatlıqla müalicə oluna biləcəyini vurğulayıb. 

"Şişi böyrək ətrafına yayılmadan kəsərək götürmək ən yaxşı çıxış yoludur. Adətən bu xəstəliyin hansı mərhələdə olmasından asılı olaraq müalicə üsulu dəyişir. Vücuda yayılmış formadadırsa, bu zaman müalicəni həm uroloqlar, həm də onkoloqlar davam etdirir" - deyə M.Bimbay bildirib.

Həkimin sözlərinə görə, şiş 4 sm-dən kiçikdirsə, bu zaman böyrəyi cərrahi üsulla almağa ehtiyac olmaya bilər: "Bundan 10 il əvvəl bu xəstəlik aşkar olunduqda şişlə birlikdə böyrək də ilk müdaxilədə alınırdı. Hazırda isə ölçüsü 7 sm-dan aşağı olan şişlərdə böyrəyi zədələmədən şişi çıxartmaq mümkündür. Və əməliyyat zamanı şişin yalnız bədxassəli olan hissəsi çıxarılır.

(adsgarden = window.adsgarden || []).push({});