Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digərləri 14 Avq 2019 20:24:57 188 0

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında Mərkəzi Bankın (AMB) 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı. 14 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101676S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 585,670,200.00 AZN olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200,000,000.00 AZN təşkil edib.