Ani Lorakın ailəsini dağıdan model danışdı


Digərləri 14 Avq 2019 19:49:00 220 0

Ani Lorakın ailəsini dağıdan model danışdı

Ukraynalı müğənni Ani Lorakın keçmiş əri Murad Nalçacıoğlu yeni sevgilisi ilə ictimaiyyət içinə çıxıb.

MilliAz axşam.az-a istinadən xəbər verir ki, o, Samiyə adlı modellə eşq yaşayır. Sözügedən xanım Lorakın ailəsinin dağılmasına səbəb olub.

Sevgilisi ilə ilk dəfə şəkil paylaşan Murad Lorakın fanatları tərəfindən tənqid atəşinə tutulublar. Samiya da ilk dəfə münasibətləri haqda açıqlama yazıb. O, ailənin dağılmasında heç bir günahı olmadığını vurğulayıb.

"Muradla yarım ildir birlikdəyik. Onun boşanmasından sonra münasibətimiz başlayıb. Hamının yazdığı kimi boşanmada mənim günahım yoxdur" deyə, model bildirib.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid foto