Paşinyan Qarabağ separatçılarına milyonlarla dollar ayırdı


Dünya 14 Avq 2019 18:14:00 291 0

Paşinyan Qarabağ separatçılarına milyonlarla dollar ayırdı

Ermənistan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı rejimə 6 milyon dollardan çox pul ayıracaq.

Son.az bildirir ki, bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumatda qeyd olunur ki, bu vəsait təqaüdə göndərilən hərbçilərin mənzil probleminin həllinə yönəldiləcək.

Paşinyan qeyd edib ki, hazırda məbləğin dəqiqləşdirilməsi prosesi gedir.