Rusiyada Azərbaycana payız turlarına maraq bu il 3040 faiz artıb


Digərləri 14 Avq 2019 17:19:00 228 0

Rusiyada Azərbaycana payız turlarına maraq bu il 3040 faiz artıb

Rusiya Turizm Operatorları Assosiasiyasının hesablamalarına görə, yanvar-iyun aylarında Azərbaycana turların satışında artım müşahidə olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, assosiasiyanın saytında yerləşdirilən analitik materialda qeyd olunub ki, rusiyalılar Azərbaycana daha çox turizm firmaları vasitəsilə gəlir. "İnturist" operatorunun rəsmi statistikasına görə, bu il Azərbaycana turların satışı 5-7 faiz artıb. Rusiyalılar "last minute", şəhər turları və qısa ekskursiya turlarını daha fəal bron edirlər. Məsələn, 3-7 günlük "Hello, Azerbaijan" turu çərçivəsində turistlər Bakı və Abşeronun görməli yerlərində olur, Xəzər sahilində istirahət edirlər.

"Muzenidis Trevel" şirkəti Azərbaycana payız turlarına marağın bu il 30-40 faiz artdığını bildirib. Ekspertlərin fikrincə, bu, ölkəmizin geniş turizm imkanları və regionların inkişafı, otellərin münasib qiymətlər və keyfiyyətli SPA xidmətlər təklif etməsi ilə bağlıdır.

Rusiyanın "ALEN" turaperatorundan bildiriblər ki, əvvəllər turistlər, əsasən, Naftalana maraq göstərirdilərsə, indi Abşeron çimərlikləri də diqqət mərkəzindədir.