İyulda gündəlik neft hasilatı nə qədər olub?


Digərləri 14 Avq 2019 16:54:00 240 0

İyulda gündəlik neft hasilatı nə qədər olub?

Respublikada iyul ayı üzrə gündəlik neft hasilatı 778 min barrel olub. Bunun 704 min barrelini xam neft, 74 min barrelini kondensat təşkil edib.

Energetika Nazirliyindən Son.az-a bildirilib ki, gündəlik 500 min barrel xam neft, 70 min barrel kondensat, 29 min barrel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, cari ilin yanvar - iyul aylarında orta gündəlik neft hasilatı 771,7 min barrel təşkil edib.

Energetika Nazirliyi iyul ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.