Daha iki yaşayış məntəqəsinə qaz çəkiləcək


Digərləri 14 Avq 2019 16:44:00 214 0

Daha iki yaşayış məntəqəsinə qaz çəkiləcək

Regionalarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi məqsədi ilə əlavə olaraq 2 yaşayış məntəqəsinə də qaz çəkilişi məsələləri nəzərdən keçirilir.

Bakı. Elçin Mehdiyev - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində regionalarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi məqsədi ilə əlavə olaraq 2 yaşayış məntəqəsinə də qaz çəkilişi məsələləri nəzərdən keçirilir. Trend “Azəriqaz”a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının tövsiyyəsi, eləcə də yerli icra hakimiyyəti orqanının, sakinlərin müraciətləri nəzərə alınaraq gələn həftənin birinci günündən Mingəçevir şəhərinin “Vaqonlar evi” adlanan ərazisində 300 evin qazlaşdırılmasına başlanılacaq. Bundan başqa, sakinlərin kollektiv müraciəti, eləcə də hazırda qazlaşma işləri aparılan Lerik rayonunun Vizəzəmin kəndinə çox yaxın olması nəzərə alınaraq bu rayonun Cəngənəvud kəndinin qazlaşdırılması layihəsi də hazırlanır. İşlərə avqust ayının sonlarında start verilməsi planlaşdırılır.