Breksit dalanı: Britaniya ittifaqdan "boşana" biləcəkmi?


Dünya 14 Avq 2019 15:29:00 203 0

Breksit dalanı: Britaniya ittifaqdan "boşana" biləcəkmi?

Böyük Britaniyanın ratifikasiya edilməmiş Breksit razılaşması ilə Avropa Birliyinin (AB) tərkibindən çıxması ehtimalı 25 faizdir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ingilis iqtisadçı Ceyms Smit deyib.

"Müqaviləsiz Breksit ehtimalı 25 faizdir. Böyük Britaniyada ümumi seçkilərin keçirilməsi isə 40 faiz ehtimalında dəyərləndirilir", - deyə Smit bildirib.

Qeyd edilir ki, belə Breksit prosesi hər iki tərəfin iqtisadiyyatına mənfi təsirlərini göstərəcək.