AFFA yeni liqa təsis edib


Digərləri 14 Avq 2019 15:56:00 179 0

AFFA yeni liqa təsis edib

AFFA-nın təsis etdiyi yeni liqada oyunları hakimlərin yerinə məşqçilər idarə edəcək

Bakı. AFFA-nın təsis etdiyi yeni liqada oyunları hakimlərin yerinə məşqçilər idarə edəcək. Trend-in məlumatına görə, 2019/2020-ci il mövsümündən etibarən AFFA-nın təşkil etdiyi uşaq liqalarının siyahısına daha bir yaş qrupu üzrə turnir – U-9 Liqası əlavə olunacaq. U-9 Liqasının ilk mövsümü Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə keçiriləcək. Liqada oyunlara sentyabrın son həftəsində start verilməsi planlaşdırılır. Mövsümə apreldə yekun vurulacaq. Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək. Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi təşkil olunmayacaq. Əvəzində, hər 3 şəhəri təmsil edən komandalar mövsümün sonuna qədər çıxış edəcəklər.