Hollandiya millisinin sabiq futbolçusu Sneyder karyerasını bitirib


Digərləri 12 Avq 2019 23:35:00 205 0

Hollandiya millisinin sabiq futbolçusu Sneyder karyerasını bitirib

Hollandiya milli futbol komandasının keçmiş yarımmüdafiəçisi 35 yaşlı Uesli Sneyder idman karyerasının bitirib

Bakı. Hollandiya milli futbol komandasının keçmiş yarımmüdafiəçisi 35 yaşlı Uesli Sneyder idman karyerasını bitirib. Trend-in məlumatına görə, bu barədə "Goal.com" portalı bildirib. 2018-ci ildən etibarən futbolçu Qətərin "Əl Garafa" klubunda çıxış edib. U.Sneyder ötən mövsümdə 11 matç keçirib, 6 qol vurub və bir ötürmə verib. Sneijder eyni zamanda Hollandiyanın "Ajax", İspaniyanın "Real", İtaliyanın "İnter", Türkiyənin "Qalatasaray" və Fransanın "Nice" klublarında da çıxış edib.