Feysbukda status yazdı, həbs olundu


Digərləri 12 Avq 2019 23:28:00 229 0

Feysbukda status yazdı, həbs olundu

ABŞ-ın Florida ştatında Feysbuk sosial şəbəkəsində status yazan 26 yaşlı Riçard Kleyton həbs edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb gəncin yazdığı statusda "Walmart" mağazasını atəşə tutacağı ilə bağlı hədə-qorxu gəlməsi olub.

"Üç gündən sonra mən "AR-15"mi (yarım avtomatik tüfəng - red.) geri alacağam. Gələn həftə "Walmart"a getməyin", - Kleyton yazıb.

Həmin statusdan sonra 26 yaşlı gənc ştat, Federal Təhqiqat Bürosu (FBI) və yaşadığı Vinter şəhər polislərinin birgə əməliyyatı nəticəsində həbs olunub.  

(adsgarden = window.adsgarden || []).push({});