Məşhur professorlar alkoqolun beyinə inanılmaz təsirlərini açıqladı


Digərləri 12 Avq 2019 22:31:00 242 0

Məşhur professorlar alkoqolun beyinə inanılmaz təsirlərini açıqladı

Alkoqol asılılığı olan bir çox insan xəstələndiyi zaman ağırlaşmasının səbəbini bilmir. Və yalnız tibbi ekspertiza spirtin bədənə nə dərəcədə təsir etdiyini müəyyən edir. Soyuqdəymə və infeksiya isə bu faciəni sonlandıran son damla olur.

Son.az bu yazıda oxucuları alkoqolun beyinə təsirləri ilə tanış edir.

Alkoqolun orqanizmə təsiri

Alkoqolun sağlamlığa ziyanı nədən ibarətdir? Bu sualın cavabı sadə deyil və elmi izahlar tələb edir. Alkoqol iki əsas halda təhlükəlidir.

Birincisi, akloqol narkotik zəhərdir, ikincisi bu, elə bir zəhərdir ki, insan orqanizminə yavaş-yavaş, amma davamlı şəkildə daxil olaraq onun məhv olmasına gətirib çıxarır.

Rusiyanın keçmiş baş sanitar müfəttişi Qennadiy İnişenko deyir ki, alkoqol zəhərdir, odur ki, onun keyfiyyətindən bəhs ediriksə, biz həm də zəhərin keyfiyyətinin yaxşılaşdırılmasından danışırıq.

Bu zəhər ilk olaraq mədəyə zərər verir, çünki ilk zərbəni o, qəbul edir. İçki nə qədər tünddürsə, insan bir o qədər tez xəstələnir və müalicəsi bi qədər çətinləşir.

Alkoqol və həzm xəstəlikləri

Spritli içkilərin təsiri ilə bütün həzm sistemində dərin dərişiklik baş verir. Mədə onun divarlarını qoruyan muçin maddəsi ifraz etməyə başlayır. Alkoqol isə bu funksiyanın qarşısını alır və praktiki olaraq mədəni insanın yediyi hər şeyə qarşı müdafiəsiz edir. Mədədə həzm prosesi tam getmir, qidalar qatılaşır və oradan birbaşa bağırsaqlara daxil olur. Bunun qarşısı vaxtında alınmazsa və ciddi müalicə olunmazsa, qasrit nəticədə mədə xərçənginə çevrilə bilər.

Qaraciyər bütün qanı gündə 400 dəfə süzür və spirt də daxil olmaqla bütün zəhərli maddələri təmizləyir. Qaraciyərdən keçən etil spirti onun təsiri altında ölən qaraciyər hüceyrələrinə zərər verə bilər. Onların yerlərində birləşdirici toxuma, ya da sadəcə yara yaranır.

Bu zaman qaraciyər sanki balacalaşır, qaraciyər damarları sıxılır və qan onlardan keçə bilmir. Dolayısı ilə təzyiq 3-4 dəfə yüksəlir. Bu damarların partlaması isə bir çox hallarda ölümlə nəticələnən güclü qanaxmaya səbəb olur.

Qaraciyərdə baş verən bu dəyişikliyə qaraciyər sirrozu deyilir. Qaraciyər sirozu xəstəliklər arasında ən çətin və ən ümidsiz müalicəsi olan xəstəlikdir.

Alkoqol və beyin

Etil spirti su ilə yaxşı həll olunur, odur ki, bədəndə qanın ən çox yuyulduğu orqan və toxumalarda maksimal konsentrasiyaya çatır. Bunlardan biri də qanın daha çox olduğu beyindir.

Professor Fedor Qruqoryeviş Uqlovun sözlərinə görə, alkoqolun beyinə vurduğu zərərləri ancaq kəllə-beyin travması ilə müqayisə etmək olar.

Etanol asanlıqla beyinə daxil olan zəhərli maddələrin qarşısını alan yeganə qoruyucu mexanizm olan hemato-ensefalik qan-beyin baryerini aşır. Əgər qanda spirtin konsentrasiyası vahid olaraq alınırsa, o, bədəndə aşağıdakı kimi paylanır: qaraciyər - 1.45; serebrospinal maye - 1,5; beyin - 1.75.

(adsgarden = window.adsgarden || []).push({});