Bu şəxslərə yaşıl soğan yemək olmaz Alimlərdən xəbərdarlıq


Digərləri 12 Avq 2019 22:16:00 276 0

Bu şəxslərə yaşıl soğan yemək olmaz  Alimlərdən xəbərdarlıq

Göyərti insan orqanizmi üçün ən faydalı qidalardan biridir.

Son.az ölkə.az-a istinadən bildirir ki, bəzi hallarda göyərti sağlamlıqla problemin yaranmasına səbəb ola bilər. Həkimlər bəzi şəxslərə yaşıl soğan yeməyi məsləhət görmür.

Məsələn, hipertoniyadan və qan təzyiqindən əziyyət çəkən şəxslərə yaşıl soğan yemək olmaz.

Bundan əlavə, ürək və damar sistemində problemi olan şəxslərə də yaşıl soğan yemək məsləhət görülmür. Çünki bu qida damarların spazması ilə nəticələnə bilir. Hamilə qadınlar da yaşıl soğan və şüyüd yeyəndə diqqətli olmalıdırlar.

Sağlam insanlara da yaşıl soğanı çox qəbul etmək olmaz.

(adsgarden = window.adsgarden || []).push({});