Benzin daşıyan maşın qəzasında 75 nəfər ölüb


Dünya 12 Avq 2019 20:03:33 237 0

Benzin daşıyan maşın qəzasında 75 nəfər ölüb

Tanzaniyanın şərqində benzin daşıyan tankerin iştirak etdiyi qəzada ölənlərin sayı 75 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Citizen" qəzeti bildirib.

Bildirilir ki, benzin daşıyan maşın Moroqoro şəhərində aşandan sonra alovlanıb. Bir çox yerli sakin sızan yanacağı toplamaq istəyərkən həlak olub.

Bazar günü baş verən hadisə ilə əlaqədar Tanzaniya prezidenti Con Maqufuli ölkədə üç günlük matəm elan edib.